Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ÜDM-nin artımını 2,8% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, DB-nin yanvar ayının “Global Economic Prospects” hesabatına əsasən, bankın qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda ÜDM-nin artımı 2,6% təşkil edəcək.
Beləliklə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-nin orta illik artım tempi 2,7% səviyyəsində proqnozlaşdırılır.
DB 2022-ci ildə Azərbaycanda ÜDM-in artımnı 4,2% səviyyəsində qiymətləndirir.
“2023-cü ildə Cənubi Qafqaz ölkələrinin ÜDM-in artımı 3,3%, 2022-ci ildə 6,5% artımdan sonra 2024-cü ildə - 3,5% təşkil edəcək. 2023-cü ildə region üzrə artım templərinin azalması 2021-2022-ci illərdə Ermənistanla Azərbaycan arasında sərhəddə mövcud gərginlik və Rusiyaya tədarükün azalması ilə əlaqədardır”, - DB qeyd edir.
Bankda 2023-2024-cü illərdə Ermənistanda ÜDM-in artımını müvafiq olaraq 4,1% və 4,8%, Gürcüstanda – 4% və 5% səviyyəsində proqnozlaşdırırlar.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-nin artımını 3,5%, 2023-cü ildə - 2,7%, 2024-cü ildə - 4,1% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6% təşkil edib. **
A.Əzizov