Azərbaycanda 1990-2021-ci illər ərzində uşaq ölümü 10 dəfə, körpə ölümü – 8 dəfə, neonatal ölüm – 6 dəfə azalıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, ölkədə uşaq ölümləri ilə bağlı vəziyyət haqqında belə qiymətləndirmə məlumatları BMT-nin Uşaq Ölümlərinin Qiymətləndirilməsi üzrə Qurumlararası Qrupu (BMT UÖQQQ) tərəfindən çərşənbə axşamı dərc olunan «Uşaq ölümü səviyyələri və tendensiyaları» adlı məruzədə təqdim edilir.
Hesabata əsasən, əgər 1990-cı ildə Azərbayanda 5 yaşa çatmadan 20 min uşaq ölübsə, 2000-ci ildə bu göstərici 11 minə qədər, 2021-ci ildə 2 minə qədər azalıb.
Araşdırmada qeyd olunur ki, 1990-cı ildə Azərbaycanda 5 yaşdan yuxarı uşaqların ölüm əmsalı 95, 2000-ci ildə - 75, 2021-ci ildə - 19 təşkil edib.
Dünyada olduğu kimi Azərbaycanda da oğlanların 5 yaşına çatana qədər ölüm ehtimalı qızlara nisbətən daha yüksəkdir. Belə ki, BMT UÖQQQ-nin qiymətləndirmələrinə görə, əgər 5 yaşınadək uşaqların ölüm əmsalı oğlanlarda 1 min nəfərə 20 təşkil edirsə, qızlarda - 17-dir.
Məruzəyə əsasən, Azərbaycanda 2021-ci ildə 2 min uşaq bir yaşına çatmadan vəfat edib, halbuki, 1990-ci ildə ölüm nisbəti 16 min uşaq olmuşdur (körpə ölümünün 8 il ərzində 32 dəfə azalması - İF). 1990-cı ildə ölkədə körpə ölüm əmsalı 76, 2021-ci ildə - 17 olub.
Hesabatda Azərbaycanda neonatal ölüm hallarının hesabat dövründə 6 dəfə azalmasından bəhs olunur. Belə ki, əgər 1990-cı ildə BMT UÖQQQ-nin qiymətləndirmələrinə görə, həyatının ilk 28 günündə 6 min uşaq vəfat edibsə, 2000-ci ildə - 5 min, 2021-ci ildə isə 1 min uşaq vəfat edib. 1990-cı ildə neonatal ölüm əmsalı 31, 2000-ci ildə - 34, 2021-ci ildə - 10 olub.
BMT UÖQQQ-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə dünyada 5 milyon 34 min oğlan və qız beş yaşına çatmadan ölüb (1990-ci ildə - 12 milyon 832 min uşaq), 3 milyon 760 min uşaq - bir ilə qədər (1990-ci ildə - 8 milyon 989 min uşaq), həyatının ilk 28 günündə - 345 milyon 28 min uşaq (1990-ci ildə - 5 milyon 191 min uşaq) ölüb. **
R.Kərimov