Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb. Bu barədə ASK-dan məlumat verilib.
“Sazişin məqsədi Serbiyada fəaliyyət göstərən biznes dairələri ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də ölkəmizdə mövcud olan sahibkarlıq subyektlərinin ixracat-idxalat potensialının və hər iki ölkədə investisiya qoyuluşlarının artırılmasıdır. Sənədə əsasən, ASK və CCIS qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsini, potensial layihələrin birgə reallaşdırılmasını, həmçinin, məlumat mübadiləsi və yaxud mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsini planlaşdırır”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə