"Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınmasına 9,3 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verib ki, cəmiyyət “ENERJİ TƏCHİZAT-2020” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 9 milyon 298,4 min manatdır. **
N.Abbasova