Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Xəbər veridliyi kimi, 26 noyabr 2022-ci il tarixində prezident İlham Əliyev Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirlik təsis edilməsi haqqında qanun imzalayıb. **
X.Nəsirzadə