Çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarını pisləyib.
“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarını pisləyir. Bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya lidrləri arasında imzalanmış üçtərəfli bəyanatın pozulmasıdır”, - beynəlxalq təşkilatın Baş Katibliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən, faydalı qazıntı yataqlarının ekoloji amillər nəzərə alınmadan istismarı nəinki qanunsuzdur, həm də ciddi və qanuni narahatlıq doğurur.
İƏT Baş Katibliyi fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirib. O cümlədən, Bakı ilə İrəvan arasında münasibətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörmət prinsiplər əsasında normallaşdırılmasına çağırış edib. **
R.Kərimov