Azərbaycanda koronavirus infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 55-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 69 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 33 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 462 nəfər (sutka ərzində +28) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 560 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 112 (ötən gün 2 min 503 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 449 min 907 test aparılıb.**
R.Kərimov