Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın yeni hökuməti ilə uğurlu əməkdaşlığa əminlik ifadə edir. Dövlət başçısnın saytında dərc olunan məlumata əsasən, bu barədə prezident çərşənbə günü İtaliyanın müdafiə naziri Quido Krosettonu ilə görüş zamanı bəyan edib.
Məlumatda qeyd olunur ki, Əliyev “əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq”.
Dövlət başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etdi ki, Bakı ilə Roma arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır.
Öz növbəsində, Krosetto Azərbaycana səfərdən əvvəl, eyni zamanda, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşdüyünü bildirərək qeyd etdi ki, Meloni vurğulayıb ki, İtaliya müdafiə nazirinin ölkəmizə səfəri İtaliya hökumətinin Bakı ilə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu göstərir.
Görüş zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. **
R.Kərimov