Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyini və bu münasibətlərin yüksək qiymətləndirildiyini vurğulayıb.
“O, bu səfərin Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu qeyd edib. Q.Krosetto isə öz növbəsində, hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib”, - deyə məlumatda qeyd olunub.
Nazirlər Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
“Görüşdə Azərbaycan və İtaliya Respublikaları arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıblar.*
X.Nəsirzadə