Azərbaycanda koronavirus infeksiyasına 80 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 135-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 62 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər (ötən gün 6 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 37 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 528 nəfər (sutka ərzində +66) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 570 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 24 (ötən gün 2 min 112 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 451 min 931 test aparılıb.*
B.Rüstəmbəyov