Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən müvəkkilin maaşı 2,23 min manatdan 3,06 min manata qədər (artım 37,2% - İF) artırılır.
Eyni zamanda, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Dəyişikliklərin mətni dövlət başçısının saytında dərc olunub.*
X.Nəsirzadə