2022-ci ildə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 7% artıb. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
“2023-cü il yanvarın 1-nə ölkə ərazisində aktiv vergiödəyicilərinin sayı ötən illə müqayisədə 7% artaraq 711,9 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı isə 15,1% artıb və 39,9 min təşkil edib”, - məlumatda deyilir.
Byndan əlavə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki illə müqayisədə 12,3% artaraq 165 minə çatıb. **
X.Nəsirzadə