İtaliyanın müdafiə naziri Quido Krozetto Romanın Bakı ilə əməkdaşlığını möhkəmləndirmək və Azərbaycanın ANTO və Aİ ilə dialoqunun inkişafına kömək etmək niyyəti barədə bəyan edib.
“İtaliya Azərbaycanla gələcəkdə münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə yönəlib. Bakıda (Azərbaycan - İF) prezident İlham Əliyevə NATO və Aİ ilə dialoğun inkişafına dəstəyimizi təsdiq etdim”, - Krozetto Twitter hesabında yazaraq əlavə edib ki, Roma və Bakının “müdafiə və energetika daxil olmaqla, müxtəlif sahələrdə ümumi maraqları mövcuddur”.
Xəbər verildiyi kimi, cari həftə Krozetto Azərbaycana səfər edib. Səfər çərçivəsində o, prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata əsasən. Həsənov və Krozetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar. **
R.Kərimov