Azərbaycan prezidenti İlham Əliyev cümə günü 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına verilən Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləğinin 10% artırılması haqqında sərəncamn imzalayıb.
Sənədin mətni cümə günü dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 manat müəyyən edilir (öncə 300 manat olub, yəni artım 10% təşkil edir). **
R.Kərimov