Ukrayna Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna Rusiyanın raket atəşləri nəticəsində zərər çəkən enerji sisteminin bərpası üçün Azərbaycandan yardımın ikinci hissəsini alıb.
“Dünən, yanvarın 11-də “Azərenerji” QSC-dən Ukraynanın enerji sektoru üçün yardımın ikinci hissəsi - gücü 94 Kva-dan 150 kVA-dək 45 ehtiyat elektrik stansiyası ölkəmizə çatıb», - nazirliyin məlumatında deyilir.
"Həmkarım, Azərbaycanın energetika naziri Pərviz Şahbazova dərhal reaksiyaya və təsirli, vaxtında göstərdiyi dəstəyə görə şəxsi təşəkkürümü bildirmək istəyirəm. Biz Ukrayna xalqı ilə həmrəyliyinizə görə minnətdarıq", - məlumatda Ukraynanın enerji naziri German Qaluşçenkonun sözlərindən sitat gətirilir.
Nazirliyin məlumatına görə, Azərbaycandan göndərilən 45 güc transformatoru və 5 ehtiyat qida stansiyası daxil olmaqla elektrik avadanlıqlarının ilk partiyası artıq enerji şirkətləri arasında bölüşdürülüb və Rusiya hücumlarından ən çox zərər çəkən bölgələrə verilib.
Xəbər verildiyi kimi, Azərbaycanın Ukraynanın enerji sektoruna, xüsusən də elektrotexniki avadanlıqların tədarükü ilə bağlı humanitar yardım göstərməsi barədə razılıq iki ölkənin enerji nazirləri arasında 26 noyabr 2022-ci il tarixli telefon danışığı zamanı əldə olunub.
Azərbaycan Xarici Işlər Nazirliyinin məlumatına görə, iki avtokoronnadan ibarət olan bu humanitar yükün ümumi məbləği təxminən 1 milyon 422 min manat ($823,5 min) qiymətləndirilir.
Azərbaycandan əsas elektrik avadanlıqları olan ilk yük avtomobili lkolonnası 2022-ci ilin dekabrında Ukraynaya çatıb.
Azərbaycanın 2022-ci ilin fevral ayından Ukraynadakı böhran ilə əlaqədar göndərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır. **
N.Abbasova