Azərbaycan prezidenti İlham Əliyev cümə günü beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılmasını bəzərdə tutan fərman imzalayıb.
Fərmana əsasən,beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 70 manatdan 105 manatadək artırılıb (artım 50%).
Beləliklə, beş uşağı olan ailənin sosial müavinətinin məbləği 630 manat, 6 uşağı olan – 735 manat, 8 uşağı olan – 840 manat və s. təşkil edəcək.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə