Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard manatadək artırıb. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Şahbazov Twitter hesabında yazıb ki, 2022-ci ildə Avropa Azərbaycan qazının ixracı 11,4 milyard kubmetr (2021-ci illə müqayisədə artım 39% - İF) və ya Azərbaycandan bütün tədarükün 51%-ni təşkil edib.
Türkiyəyə qaz ixracı 8,4 milyard kubmetr (bütün ixracın 38%-i), Gürcüstana – 2,5 milyard kubmetr (bütün ixracın 11%-i) təşkil edib. Həmçinin, hesabat dövründə TANAP qaz kəməri ilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql olunub.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib.
2023-cü ildə - 24 milyard kubmetr səviyyəsində, o cümlədən, Avropaya – 12 milyard kubmetrə yaxın olacağı planlaşdırılır. **
N.Abbasova