Azərbaycanda 2022-ci ildə bağlanmış əmək müqavilələrinin sayı 62 min təşkil edib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib.
“2022-ci ildə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 62 min artıb. Bu müsbət göstəricidir. Həmçinin, 59 min müqavilə özəl sektorda bağlanıb, bu da qeyd olunan sektorda şəffaflığın genişləndirilməsindən xəbər verir. Ümumilikdə, özəl sektorda bağlanmış əmək müqavilələrinin sayı 850 minə çatıb, bu da 2018-ci ilin göstəricisindən təxminən iki dəfə çoxdur”, - Babayev AzTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son 5 il ərzində (2018-2023-cü illər) ölkədə orta aylıq əməkhaqqı 40% artıb.
Babayev vurğulayıb ki, 2022-ci ildə ölkə üzrə əməkhaqqı fondu 21%, son beş il ərzində - 2,5 dəfə artıb. **
X.Nəsirzadə