"Azərişıq” ASC Zəngilan şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Zəngilan" Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinə 6 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, “LIGHT CITY” QSC ilə qeyd olunan işlərin yerinə yetirilməsinə dair müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 6 milyon 198 min 759.41 manatdır.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova