Azərbaycanda koronavirus infeksiyasına 93 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 228-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 80 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 42 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 647 nəfər (sutka ərzində +119) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 539 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 663 (ötən gün 2 min 24 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 453 min 654 test aparılıb.**
B.Rüstəmbəyov