Cümə günü Azərbaycan və İsrail XİN başçıları Ceyhun Bayramov ilə Eli Koen arasında telefon danışığı baş tutub.
“Azərbaycanla əlaqələri möhkəmləndiririk. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdım. O, məni təyinatım münasibətilə təbrik etdi. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə əlaqədar olaraq naziri səfərə (İsrailə - İF) dəvət etdim”, - Koen Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, 18 noyabr 2022-ci ildə Milli Məclis plenar iclasda Azərbaycanın İsraildə (Tel-Əviv) səfilriyin açılmasını təsdiqləyib. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da bu qərarı təsdiq edib. **
N.Abbasova