“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) “Milk-Pro” MMC layihəsindən çıxması barədə elan edib.
“AİŞ “Milk-Pro” MMC-də ona məxsus təsis payını sataraq layihədə iştirakına xitam verib”, - investisiya şirkətinin məlumatında deyilir.
Şirkətdən vurğulanıb ki, hazırda AİŞ 9 investisiya layihəsində pay sahibidir.
Xəbər verildiyi kimi, AİŞ-in Müşahidə Şurası 2007-ci il martın 30-da “Milk-Pro” MMC-nin nizamnamə kapitalının 20%-i həcmində, 4 mln. 620,887 min manat məbləğində investisiya qoymaq barədə qərar qəbul edib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 224 milyon manata bərabərdir və bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onlara uzunmüddətli sərmayə qoyuluşları həyata keçirməkdir.**
X.Nəsirzadə