Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Bu barədə MN-dən məlumat verilir.
Müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib. Bu istiqamətdə görülən işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib. **
V.Əliyev