ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindənməlumat verilir.
Səfər çərçivəsində o, Bakıda olarkən səfirliyin komandası ilə görüşlərdə iştirak, tədbirdə çıxış edəcək, o cümlədən, müxtəlif rəsmilərlə, ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək.
Səfirliyin məlumatına görə, Bakıda görüşlərdə Kemeron qeyd edəcək ki, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır. “Həmçinin, o, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq”, - diplomatik missiyadan vurğulanır.
Daha əvvəl Kemeron Gürcüstanda, o cümlədən Türkiyənin Adana və Ankara şəhərlərinə işləyib. **
V.Əliyev