“Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) ərazisində Taxıl Terminalının tikintisinin layihə-smeta sənədlərini hazırlayacaq.
“Interfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki,tərəflər arasında 212,4 min manat dəyərində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə əsasən, layihə-smeta sənədləri 45 gün ərzində hazır olmalıdır. **
R.Əhmədov