2022-ci ilin III rübündə TAP qaz kəməri ilə nəql olunan Azərbaycan qazının alışına Avropa İttifaqı (Aİ) ölkələrinin xərcləri 4,7 milyard avro təşkil edib.
Bu barədə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2022-ci ilin I rübündə Aİ-yə üzv ölkələr Azərbaycandan qaz alışına 2,1 milyard avro, II rübdə - 2,8 milyard avro yönəldib. Beləliklə, III rübdə Azərbacandan qaz alışına Aİ ölkələrinin xərcləri II rün ilə müqayisədə təxminən 67,9% və I rüb ilə müqayisədə 2,2 dəfə artıb.
Bütövlükdə, 2022-ci ilin yanvar-sentyabr aylarında Aİ ölkələri Azərbaycandan 9.6 milyard avro dəyərində qaz alıb.
Aİ-nin məlumatına görə, 2022-ci ilin iyul-sentyabr aylarında İtaliya və Yunanıstan üçün bir MVt Azərbaycan qazının qiyməti 165,86 avro (illik hesablamada 5,2 dəfə artım), Bolqarıstan üçün - bir MVt-a görə 146,76 avro (illik hesablamada 8,3 dəfə artım)
Aİ-də qeyd olunub ki, il ərzində Azərbaycandan tədarük artıb: 2022-ci ilin III rübündə 2021-ci ilin analoji dövrünə 23 TVt.saat-a qarşı təxminən 28 TVt.saat (illik hesablamada artım 21%).
2022-ci ilin III rübündə TAP ilə Aİ-yə qaz tədarükünün payı 2022-ci ilin I rübündə tədarükün ümumi həcmindən 2,5%-ə qarşı və II rübdə 2,9%-ə qarşı təxminən 3,4% təşkil edib.
Ümumilikdə, 2022-ci ilin III rübündə Aİ qaz idaxlına rekord 10 milyard avro sərf edib, bu da Avropa İttifaqı ölkələrinin 2021-ci ilin analoji dövrü ərzində xərclərindən 3,5 dəfə çoxdur. Bu mənləğdən 27 milyard avroya yaxın Norveçdən, 9 milyard avro – Rusiyadan, 6,5 milyard avro- Şimali Afrikadan (Əlcəzair və Liviya), 4,7 milyard avro – TAP ilə qazın tədarükünün payına düşür.
Norveç, Rusiya və Şimali Afrikadan maye təbii qaın tədarükü nəzərə alınmaqla, 2022-ci ilin III rübündə Aİ ölkələri Norveçdən 27,6 milyard avro məbləğində, Rusiyadan - 16,4 milyard avro və Şimali Afrikadan – 13,5 milyard avro məbləğində qaz idxal edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib.
Öncə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 22,3 milyard kubmetrədək artırıb. Avropaya tədarük 11,4 milyard kubmetr təşkil edib.
Onun sözlərinə görə, 2023-cü il üçün Azərbaycandan qaz ixarcının həcmi 24 milyard kubmetr səviyyəsinə yaxın, həmçinin Avropaya – 12 milyard kubmetrə yaxın proqnozlaşdırılır. **
R.Kərimov