Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8449 manat/1EUR səviyyəsində (yanvarın 13-nə 1.8427 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0246 manat/1RUB səviyyəsində (yanvarın 13-nə 0.025 manat/1RUB) müəyyən edib.
Yanvarın 16-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0905 manat/1TRY səviyyəsində saxlanılıb.*
X.Nəsirzadə