2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28 988,5 milyon kVt•st olub. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“2022-ci ildə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4% artaraq 28 milyard 988,5 milyon kVt•st, ixrac 3 milyard 3,8 milyon kVt•st, idxal isə 137,1 milyon kVt•st olub”, - deyə nazir Twitter hesabında yazıb.
2021-ci ildə Azərbaycan 1 milyard 673,4 milyon kVt•st elektrik enerjisi ixrac edib, idxal isə 151,6 milyon kVt•st təşkil edib.
Beləliklə, 2022-ci ildə ixrac 79,5% artıb, idxal 9,6% azalıb.*
N.Abbasova