2022-ci ildə Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15,5 milyard manat təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 milyard 134,9 milyon manat olub”, - deyə nazir sosial şəbəkədə yazıb.
Xəbər verildiyi kimi, 2022-ci ildə DVX-nin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 11 milyard 740 milyon manat məbləğində təsdiqlənmişdi.
Beləliklə, vergi orqanları tərəfindən vergi yığımı üzrə plan tapşırığı 32,4% artıqlaması ilə yerinə yetirilib.*
B.Rüstəmbəyov