2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 18,7 milyon ton yük daşıyıb ki, bu da 2021-ci ilin göstəricisinə nisbətən 24,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
2022-ci ildə tranzit daşımalarının həcmi 7,5 milyon ton (artım 63%) təşkil edib.
2022-ci ildə yük daşımalarında əsasən neft məhsulları, kimyəvi və mineral gübrələr, tikinti materialları, daş kömür kimi yük növləri üzrə artım müşahidə olunub.
2022-ci ildə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 14,7% artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 3,2 dəfə artaraq 2,9 milyon ton olub.
Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil edib. Bununla belə, ADY hər iki marşrut üzrə daşımaların həcmini açıqlamayıb.*
B.Rüstəmbəyov