2022-ci ildə Azərbaycan üzrə dəmir yolu ilə 5 milyon 136 min sərnişin daşınıb ki, bu da 2021-ci illə müqayisədə 84% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
“Bu, 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisidir”, - deyə məlumatda bildirilib.
Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib.
Qeyd olunub ki, pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 milyon 875,729 min sərnişin daşınıb.*
B.Rüstəmbəyov