“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-2024-cü illərdə 10 ədəd FLIRT tipli sərnişin qatarı alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
“10 ədəd FLIRT tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılıb. Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək”, - deyə məlumatda bildirilib.
Eyni zamanda, tranzit yükdaşımaları sahəsində artan tələbatı qarşılamaq məqsədilə605ədəd konteyner platformasının alınması üzrə satınalma prosesinə start verilib. Bununla yanaşı, tranzit yük daşımalarını təmin etməküçün yetərli saydamagistral və manevr lokomotivlərininalınması və əsaslı təmiri istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.
ADY-nin 2023-cü ildə əsas hədəfləri əməliyyat və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına start verməklə fəaliyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq, bazar yönümlü və yüksək keyfiyyətli xidmətlər göstərən müasir və inteqrə olunmuş quruma transformasiya olunub.
Daha əvvəl qurumun rəhbəri Rövşən Rüstəmov bildirmişdi ki, ADY sərnişin daşımalarına tələbatın artması fonunda daha 10 ədəd sürət qatarı almağı planlaşdırır. Onun sözlərinə görə, qatarların bir hissəsi 2023-cü ildə ölkəyə gətiriləcək.*
B.Rüstəmbəyov