Azərbaycanda koronavirus infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 379-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 77 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 50 nəfər təşkil edir.
Virusa yoluxmuş 816 min 872 nəfər (sutka ərzində +11) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 457 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 676 (ötən gün 2 min 210 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 458 min 556 test aparılıb.*
X.Nəsirzadə