Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8403 manat/1EUR səviyyəsində (yanvarın 16-na 1.8449 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0247 manat/1RUB səviyyəsində (yanvarın 16-na 0.0246 manat/1RUB) müəyyən edib.
Yanvarın 17-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0905 manat/1TRY səviyyəsində saxlanılıb.**
B.Rüstəmbəyov