Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin dekabr ayında valyuta hərraclarında $92,4 milyon ümumi məbləğdə xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF ötən ilin noyabr ayında valyuta hərraclarında $410,2 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, deabr ayında xarici valyuta satışının həcmi noyabr ayı ilə müqayisədə 4,4 dəfə azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ildə ARDNF valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta (2021-ci illə müqayisədə azalma 30% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondu 2021-ci ildə valyuta hərraclarında $6 milyard 679 milyon (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb. **
N.Abbasova, A.Əzizov