İtaliya XİN-in baş katibi Ettore Françesko Seki və Azərbaycanın Romadakı səfiri Rəşad Aslanov arasında görüş baş tutub, görüş zamanı ikitərəfli əməkdaşlıq və Qafqazdakı vəziyyət müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyi İtaliya XİN-ə istinadən məlumat verir ki, bu, yanvarın 12-də Aslanovun İtaliya prezidentinə etimadnaməsini təqdim edəndən sonra nazirlərin ilk rəsmi görüşü idi.
“Həmsöhbətlər bir çox sahələrdə strateji xarakter daşıyan İtaliya-Azərbaycan” münasibətlərinin əla vəziyyətini vurğulayıblar. Həmçinin, tərəflər arasında Qafqazda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır. **
R.Kərimov