2022-ci ildə əsas kapitala 18 milyard 272,3 milyon manat məbləğində vəsait yönəldilib, bu da 2021-ci ilin göstəricisindən 5.5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6% artıb”, - Komitədən qeyd edilib.
İstifadə olunmuş vəsaitin 10 milyard 611,3 milyon manatı və ya 58,1%-i məhsul istehsalı sahələrinə, 6 milyard 735,6 milyon manatı (36,9%-i) xidmət sahəsində obyektlərin tikintisinə, 925,4 milyon manatı (5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
2022-ci ildə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 553,4 milyon manatını və ya 19,4%-ni xarici, 14 milyard 718.9 milyon manatını və ya 80,6%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyard 461,5 milyon manatı və ya 73,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.**
B.Rüstəmbəyov