2022-ci ildə Azərbaycanda istehlakçılar ümumilikdə 1 milyard 166,1 milyon manat məbləğində (cari məzənnə ilə $685,9 milyon - İF) əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıblar, bu da 2021-ci ilin göstəricisindən 14,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından gəlirlər 2,2% təşkil edib. **
N.Abbasova