Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər sona çatmaq üzrədir. Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.
"Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatmaqdadır", - Əliyev çərşənbə axşamı mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Ermənistan tərəfindən işğal dövründə Azərbaycana dəymiş zərərin miqyasının müəyyən edilməsi gələcəkdə hüquqi təzminat davasının açılmasına xidmət edəcək".
Əliyev Qarabağ və Şərqi Zəngəzurda qızıl, gümüş və mis yataqlarının ehtiyatıbardə söz açarlən bildirib ki, "Söyüdlü" qızıl yatağında (Kəlbəcər rayonu) 112,5 ton, "Vejnəli" yatağında (Zəngilan rayonu) 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl həcmində qiymətləndirilir. **
R.Kərimov