2022-ci ildə “Kapital Bank” ASC aktivlərini 16,6% - 7 milyard 822,164 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci ilin sonuna bankın kredit portfeli 3 milyard 157,769 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 19% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 14,4% - 1 milyard 833,106 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 19,6% - 908,342 milyon manata qədər, daşınmaz əmlak ilə əməliyyatları 43% - 416,321 milyon manatadək artıb.
Bankın öhdəlikləri 6 milyard 995,518 milyon manat (artım 15,4%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 6 milyard 98,625 milyon manata (artım 17,4%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 642,452 milyon manata (artım 41%) bərabərdir.
Bankın kapitalı 826,646 milyon manat (artım 27,5%), nizamnamə kapitalı 265,85 milyon manat (artım 81%) təşkil edir. 31 dekabr 2022-ci il tarixinə bankın ümumi bölüşdürülməmiş mənfəəti 517,817 milyon manat (artım 42,6%) təşkil edib.
2022-ci ilin yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 308,047 milyon manat (2021-ci illə müqayisədə artım 71,2% - İF) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,88%) və fiziki şəxslərdir (0,12%).**
X.Nəsirzadə