Çərşənbə axşamı Nazirlər Kabineti İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin aylıq vəzifə maaşlarının artırılmasını təsdiqləyib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat (31 dekabr 2022-ci ildək – 1070 manat olub) təşkil edəcək.
Beləliklə, seleksiya üzrə məşqçilərin maaşı 15% artırılıb. **
X.Nəsirzadə