Çərşənbə axşamı “Formula-1” elan edib ki, 2023-cü il “Formula 1” sinfində avtoyarış üzrə dünya çempionatı 23 mərhələdən ibarət olacaq, Bakıda yarış aprelin sonunda baş tutacaq.
“Formula-1” təsdiq edə bilər ki, 2023-cü il mövsümü 23 yarışdan ibarət olacaq. Bu deməkdir ki, mövsüm martın 5-də Bəhreyn Qran-prisi ilə başlayacaq və noyabrın 25-də Əbu-Dabidə başa çatacaq”, - məlumatda vurğulanır.
Azərbaycan Qran Prisi aprelin 28-dən 30-dək keçiriləcək.
Xəbər verildiyi kimi, “kral yarışları”nın rəhbərliyi Azərbaycan hökuməti ilə 2023-cü ildə Qran Prinin tarixinin aprelin 30-dan aprelin 23-nə keçirilməsi ilə bağlı danışıqlar aparır. Bu, apreldə Çindəki mərhələnin ləğv edilməsi ilə əlaqədar yarışlar arasında demək olar ki, bir aylıq fasilənin yaranmasının qarşısını almaq məqsədi daşıyır.
Bakıda 2016-cı ildən təşkil olunan “kral yarışları” 2017-ci ildən Azərbaycan Qran Prisi adı altında keçirilir. 2020-ci ildə dünya çempionatının bu mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar ləğv edilmişdi.**
R.Kərimov