Fevralın 17-dən etibarən “Aeroflot” aviaşirkəti Peterburdan Bakıya reyslərə başlayır. Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilir.
“Pulkovo aeroportundan Azərbaycanın paytaxtına uçuşlar fevralın 17-dən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin satışına artıq başlanılıb”, - məlumatda deyilir.
Uçuşlar Boeing-737-800 təyyarələri ilə yerinə yetiriləcək. **