2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 18 milyard 647 milyon 569 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $14 milyard 807 milyon 620,51 min məbləğində gəlir (artım 3,3 dəfə) əldə edilib.
Hesabat dövründə Azərbaycanın ümumi ixracının 40,75%-i (2021-ci ilin yanvar-noyabr aylarında 22,62%-i) qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-noyabr aylarında ixracın əsas həcmi - $10 milyard 889 milyon 291,26 min məbləğində 8 milyard 69 milyon 591,11 min kubmetr qaz (bütün ixracın 43,3%-i) İtaliyanın payına düşüb.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Ölkə |
Həcm, min kubmetr |
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə |
Gəlir, min dollar |
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə |
Türkiyə |
6 853 659,21 |
-26,1% |
2 208 273,83 |
+43,1% |
Gürcüstan |
2 404 698,71 |
-5.8% |
323 715,45 |
+2,1% |
İtaliya |
8069 591,11 |
+50,3% |
10 889 291,26 |
+4,7 dəfə |
Bolqarıstan |
366 689,05 |
+77,3% |
237 811,16 |
+6,9 dəfə |
Yunanıstan |
779 336,88 |
+19,1% |
1 141 939,86 |
+4,2 dəfə |
İran |
173 594,04 |
-15.5% |
6 588,96 |
-15,5% |
CƏMİ |
18647 569 |
+ 2,1% |
14807 620,51 |
+3,3 dəfə |
N.Abbasova*