İranın şimal-qərb hissəsində 5,9 maqnitudalı yeraltı təkan qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Bu gün saat 11:08-də qeydə alınmış zəlzələnin episentri Xoy şəhərindən 22 km şimal-şərqdə, Azərbaycanla sərhədin təqribən 50 km-də yerləşib.
Episentrdəki silkələnmənin intensivliyinə görə bu seysmik hadisə “dağıdıcı” olaraq qiymətləndirilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin qiymətləndirmələrinə görə, zəlzələnin maqnitudası 5,5 olub.*