Ermənistan Azərbaycanla ötən ilin oktyabr ayında əldə olunmuş Praqa razılaşmaları əsasında sülh müqaviləsi imzalamağa hazırdır, regionda sabit vəziyyəti qorumağın ən yaxşı yolu danışıqlar yolu ilə siyasi həllin tapılmasıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deyib.
“Biz çox aydın şəkildə bildiririk ki, Praqa razılaşmaları əsasında sülh müqaviləsi imzalamağa hazırıq”, – deyə o qeyd edib.*