Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Görüş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.*
Xəbərlər şöbəsi