ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışığı keçirməyi ümid edir. Bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays məlumat verib.
“Yaxın günlərdə onun (Blinkenin - İF) prezident Əliyev ilə danışmaq imkanı olacağını gözləyirəm”, - Prays brifinqdə bildirib. “İnterfaks-Azərbaycan” agentliyi Praysın sözlərindən sitat gətirir.
Xəbər verildiyi kimi, çərşənbə günü Blinken Ermənistanın baş naziri Nikol Paşinyanlatelefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının yenidən başlaması üçün atılacaq addımları müzakirə edib.**
R.Kərimov