2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin sayı 58 min 679 nəfər və ya 0,6% artaraq 2022-ci il dekabrın 1-nə 10 milyon 215,045 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-noyabr aylarında ölkə üzrə 112 min 758 doğulan körpə (+10,8%) qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,2 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8%, qızların xüsusi çəkisi isə 47,2% olub. Körpələrin 3,154 mini əkiz, 150-si üçəm, 8-i dördəmdir.
Bu dövrdə 55 min 681 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6 təşkil edib. 2021-ci ilin yanvar-noyabr aylarında bu göstərici 7,6 olub.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 57,033 min nikah (2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 12,1%) və 14,525 min boşanma halı (azalma 7,2%) qeydə alınıb.**
X.Nəsirzadə