2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 167,957 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $398 milyon 9,9 min (artım 38,4%) təşkil edib.
Noyabr ayında $68 milyon dəyərində 211,683 min ton buğda (2022-ci ilin oktyabr ayında $67 milyon 943,2 min dəyərində 212,074 min ton) idxal edilib. Beləliklə, Azərbaycanın noyabr ayında aldığı buğdanın qiyməti bir ton üçün $321,23 təşkil edib. Bütövlükdə, yanvar-noyabr aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $340,77 olub.
Hesabat dövründə Azərbaycana $160 milyon 853,6 min dəyərində (artım 25,5%) 297,332 min ton şəkər xammalı və şəkər (artım 9,8%), $183 milyon 569,4 min dəyərində (artım 17,8%) 106,566 min ton bitki yağı (azalma 6,3%), $68 milyon 802,2 min dəyərində (artım 23,9%) 13,155 min ton çay (artım 3,8%), $96 milyon 765,2 min dəyərində (artım 38%) 16,755 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 24,3%) idxal edilib.
Bununla yanaşı, respublikaya $17 milyon 190,7 min dəyərində (azalma 14,2%) 3,913 min ton iribuynuzlu heyvan əti (azalma 22,8%), $48 milyon 18,5 min dəyərində (artım 33,2%) 30,043 min ton quş əti və quş əti məhsulları (artım 10%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $113 milyon 365,1 min dəyərində (artım 9,6%) 115,525 min ton meyvə (artım 5,1%), $14 milyon 569,6 min dəyərində (azalma 19,5%) 23,602 min ton tərəvəz (azalma 33,1%), $50 milyon 787 min dəyərində (artım 2,4%) 181,747 min ton kartof (azalma 4,8%) idxal edilib.
Yanvar-noyabr aylarında ölkədən $164 milyon 975,8 min dəyərində (artım 4,4%) 152,864 min ton tərəvəz (azalma 2,2%), $381 milyon 26,2 min dəyərində (artım 10,4%) 323,434 min ton meyvə (artım 6,5%), $35 milyon 85,8 min dəyərində (azalma 12%) 78,215 min ton kartof (azalma 14,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $30 milyon 825.6 min dəyərində (artım 10,7%) 43,731 min ton şəkər (azalma 16,6%), $13 milyon 342,8 min dəyərində (azalma 0,4%) 7,042 min ton bitki yağı (azalma 29,9%) ixrac edilib.
Yanvar-noyabr aylarında Azərbaycan $12 milyon 491,4 min dəyərində (azalma 7,4%) 9,851 min ton meyvə və tərəvəz şirələri (azalma 11,7%), $4 milyon 636,3 min dəyərində (artım 38,7%) 259,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 17,5%), $9 milyon 22,7 min dəyərində (artım 6,7%) 7,308 min ton meyvə və tərəvəz konservləri (azalma 3,4%), $18 milyon 831,4 min dəyərində (artım 69,6%) 6,299 min ton tütün (artım 48,6%), $10 milyon 976,3 min dəyərində (artım 43%) 1,719 min ton çay (аrtım 70,6%) ixrac edib.**
B.Rüstəmbəyov